Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Bakıda hava şəraitinə görə ictimai nəqliyyat, xüsusilə də avtobuslarla bağlı yaranan vəziyyət vətəndaşların narazılığına səbəb olub.
Belə ki, əksər marşrut üzrə hərəkət edən avtobuslar tapşırığa əsasən depoya getdiklərini deyiblər.
Onlar bunu havanın şaxtalı və yolların sürüşkən olması ilə əsaslandırıblar. Nəticədə sərnişinlərin əksəriyyəti yolda qalıb.
Halbuki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fevralın 23-də avtobusların 21:00-a kimi işləyəcəyini açıqlamışdı.
Avtobusların depoya getməsinin əsl səbəbi nədir? Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, avtobu
İllər keçsə də, müvafiq qurumlar işlərini doğru qurmurlar. Yolları vaxtında təmizləmirlər.
Səmimi desək, iki il bundan qabaq daha operativ idilər, indi isə biabırçı vəziyyət müşahidə olunur.