Bibəriyyənin qoxusu yaddaşı gücləndirir

24.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bibəriyyənin qoxusu insanın öyrəndiyi bacarıqları ertəsi gün daha yaxşı xatırlamasına kömək edə bilər. Lakin bunun üçün qoxunun həm öyrənmə, həm də yaddaşın yoxlanılması zamanı mövcud olması vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bu nəticəyə Bolonya Universitetinin tədqiqatçıları gəliblər.

Araşdırma "IEEE Transactions on Visualization and Computer Graphics" jurnalında dərc olunub.

Alimlər Rubik kubunu həll etməyi bacarmayan 19-35 yaş arası 48 könüllü ilə təcrübə aparıblar. İlk gün iştirakçılar qarışıq reallıq qulaqcıqlarından istifadə edərək müəyyən hərəkətləri yerinə yetirməyi öyrəniblər. Onların bir qismi bu müddətdə rozmarin qoxusunu hiss edib, digərləri isə etməyib.

Bir gün sonra könüllülərdən öyrəndikləri hərəkətləri real Rubik kubu üzərində təkrarlamaq istənilib. İştirakçılar dörd qrupa bölünüblər: hər iki gün bibəriyyənin qoxusunu hiss edənlər, yalnız ilk gün, yalnız ikinci gün qoxuya məruz qalanlar və heç bir gün qoxu hiss etməyənlər.

Ən yaxşı nəticəni həm məşq, həm də sınaq zamanı bibəriyyənin qoxusunu hiss edən iştirakçılar göstəriblər. Onlar hərəkətlərin təxminən 72 faizini düzgün yerinə yetiriblər. Bibəriyyə qoxusu ilə məşq edən, lakin ertəsi gün sınaq zamanı bu qoxunu hiss etməyən iştirakçılarda isə göstərici 61 faiz olub. 

Maraqlıdır ki, hər iki gün qoxuya məruz qalmayan iştirakçıların nəticələri də hər iki gün bibəriyyə qoxusunu hiss edən qrupla təxminən eyni dəqiqlikdə olub.

Tədqiqatçıların fikrincə, burada əsas amil rozmarinin özündən daha çox öyrənmə və xatırlama zamanı ətraf mühit şərtlərinin üst-üstə düşməsidir. Belə ki, qoxu öyrənmə prosesinin bir hissəsinə çevrilir və beynə yeni bacarığın mənimsənildiyi şəraiti yenidən canlandırmağa kömək edir.

İştirakçılar tanış qoxunu yenidən hiss etdikdə zehni iş yükünün azaldığını və yaddaşlarını qiymətləndirməyin asanlaşdığını da bildiriblər.

Alimlər hesab edirlər ki, bu üsul virtual və qarışıq reallıq texnologiyaları vasitəsilə praktik bacarıqların öyrədilməsində faydalı ola bilər. Xüsusilə, təlimdən sonra real iş şəraitində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanmasında qoxu amilindən istifadə etmək mümkündür.

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью