Bibiheybət məscidinin yaxınlığında yolda təhlükə: Yük maşını hadisə yerindən yayındı FOTO

05.03.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda mişar daşları daşıyan yük avtomobili sərt döngəyə daxil olarkən qayda pozuntusuna yol verib və nəticədə mişar daşları yola dağılıb.

Avtosfer.az-a hadisə şahidlərinin göndərdiyi fotodan da göründüyü kimi, bir neçə mişar daşı yolun hərəkət hissəsinə tökülüb, yük maşını isə ərazidə görünmür.  Çox güman ki, sürücü hadisə yerindən yayınıb.

Nəticədə Bibiheybət məscidinin yaxınlığında (üzü şəhər istiqamətində) yolda təhlükəli vəziyyət yaranıb. Ümid edirik, aidiyyəti qurumlar hadisəyə dərhal reaksiya verəcək. Yaranmış təhlükə aradan qaldırılacaq.

Könül Rauf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью