Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Son dövrlərdə yuxarı sinif şagirdləri arasında insidentlərin baş verdiyinin şahidi oluruq".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, bu insidentlər nəticəsində yaralanma və ölüm hadisələri də yaşanır: "Təəssüf ki, bir neçə gün öncə Gəncə şəhərində bir məktəbli vəhşicəsinə qətlə yetirilib.
Hələ istintaq davam etdiyindən bu barədə dəqiq məlumat vermək mümkün deyil. Ancaq bir fakt bəllidir ki, məktəbli vəhşicəsinə öldürülüb.
Son 10 ildə müşahidə etsək görərik ki, insanlar əvvəlki illərə nisbətən daha çox aqressivləşiblər. Bunun bir çox səbəbləri var.
Bunlardan biri də sosial şəbəkə platformalarıdır. İnformasiya bolluğu da insanların psixoloji vəziyyətinə mənfi təsir edir.
Ən problemli məqam isə gənclərin "Tik-Tok" platformasında aparılan mənfi təbliğatın təsirinə düşmələridir.