Bıçaqla Changan a adını yazdı, cərimələndi

06.05.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Masallıda avtomobili cızan cərimələnib.

Lent.az-ın məlumatına görə, hadisə “Masallı” otelin qarşısında baş verib.

26 yaşlı Behbud Quliyev (ad və soyad şərtidir) otelin qarşısında saxlanılan bir qadına məxsus “Changan Unı-T” markalı avtomobili bıçaqla cızıb. Avtomobili sahibinin şikayəti əsasında Behbud saxlanılıb və barəsində protokol tərtib olunub.

Behbud ifadəsində bildirib ki, hadisə zamanı tək olmayıb. O və bir qız hərəsində bir bıçaq olmaqla, avtomobilin üzərinə öz adlarını yazıblar. Behbud Quliyev məhkəmədən barəsində aşağı həddə cərimə cəzası tətbiq olunmasını xahiş edib.

Məlum olub ki, hadisə zamanı avtomobilə ümumilikdə 1788 manat ziyan dəyib.

Məhkəmənin qərarı ilə B. Quliyev barəsində 1788 manat məbləğində cərimə cəzası təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью