Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Karib hövzəsi ölkəsi Belizdə bir ABŞ vətəndaşı 14 sərnişinin olduğu kiçik təyyarəni qaçırmaq istəyərkən öldürülüb.
Məlumata görə, ABŞ vətəndaşı Akinyela Taylor “Tropic Air” şirkətinə məxsus təyyarəni bıçaqla qaçırmağa cəhd edib. O, təyyarə havada olarkən bıçaq çəkib və daxili reysin ölkə xaricinə yönləndirilməsini tələb edib.
O, üç sərnişini bıçaqladıqdan sonra təyyarədəki digər sərnişin tərəfindən silahla qətlə yetirilib.
Beliz hava limanının rəsmiləri təyyarənin təsadüfi istiqamətlərdə uçduqdan sonra təhlükəsiz yerə endiyini və yaralıların xəstəxanaya aparıldığını bildiriblər.
“AzPolitika.info”