Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi

05.06.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda sevgilisini bıçaqlayan kişi tutulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 2-də saat 21 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü R.Səfərov Nizami rayonunda kirayə yaşadıqları evdə sevgilisi M.Abbaszadəyə bıçaqla xəsarət yetirib.

Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan qadın R.Səfərovun istəyi ilə həkimə müraciət etməyib. Birgə razılığa əsasən, həkimə müraciət etmədən kişi M.Abbaszadəyə mənzildə tibbi yardım göstərib.

Amma qadın vəziyyətinin ağırlaşması səbəbindən iyunun 3-də Sabunçu Tibb Mərkəzinə müraciət edib.

Faktın üzə çıxması ilə Nizami RPİ-də cinayət işi başlanıb.

R.Səfərov şübhəli şəxs qismində tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью