Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi

05.06.2025

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

akıda sevgilisini bıçaqlayan kişi tutulub.

“Sitat.info” xəbər verir ki, hadisə iyunun 2-də saat 21 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü R.Səfərov Nizami rayonunda kirayə yaşadıqları evdə sevgilisi M.Abbaszadəyə bıçaqla xəsarət yetirib.

Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan qadın R.Səfərovun istəyi ilə həkimə müraciət etməyib. Birgə razılığa əsasən, həkimə müraciət etmədən kişi M.Abbaszadəyə mənzildə tibbi yardım göstərib.

Amma qadın vəziyyətinin ağırlaşması səbəbindən iyunun 3-də Sabunçu Tibb Mərkəzinə müraciət edib.

Faktın üzə çıxması ilə Nizami RPİ-də cinayət işi başlanıb.

R.Səfərov şübhəli şəxs qismində tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью