Bıçaqlanan 11 ci sinif şagirdi xəstəxanada öldü

23.11.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ötən gün Mingəçevirdə 11-ci sinif şagirdi bıçaqlanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində baş verib.

Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 2008-ci il təvəllüdlü Elman Sarıyev burada dünyasını dəyişib.

Əldə olunan məlumata görə, yaralı gənc 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью