Bıçaqlanan 26 yaşlı gənc xəstəxanada öldü

16.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

08:54
Xəbər verdiyimiz kimi, dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.

APA xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən B.Həsənli dekabrın 2-də 02:00 radələrində dünyasını dəyişib.

--------

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb.

B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью