Bıçaqlanan baş həkimin müavini ilə bağlı maraqlı İDDİALAR

08.10.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belə ki, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Ölkə.az bıçaqlanan həkim ilə bağlı maraqlı iddiaları ortaya çıxarıb. 

TƏBİB-in sabiq departament rəhbəri olan Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişərək Ənvərli edib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohumluq əlaqələrini gizləmək məqsədilə etdiyi iddia edilir.

Onu da qeyd edək ki, O. Ənvərli 2026-cı ilin yayında TƏBİB-dəki vəzifəsindən azad edilərək Abşeron rayon Xəstəxanasın baş həkimin müavini təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью