Bıçaqlanan qadınla bağlı 2 nəfərin izahatı alınıb

02.05.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Gədəbəydə 49 yaşlı Nailə Əsədova bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, bıçaqlanma faktı ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Onun sözlərinə görə, hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub, yekunda məsələyə hüquqi qiymət veriləcək.

DİN rəsmisi əlavə edib ki, hadisə ilə bağlı qarşı tərəf - N.Quliyev və G.Quliyevdən izahatlar alınıb.

İlkin məlumata əsasən, hadisə ailə münaqişəsi zəminində baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью