Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

19.10.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.

AZXEBER.COM "Unikal”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb.

Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.

R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, oktyabrın 8-də sözügedən xəstəxanada insident yaşanıb. Hadisə zamanı direktor  müavini Orxan Ənvərli bıçaqlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью