“Biçin məhdud şəkildə gedir” | Icma.az
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Bu il taxıl biçini kifayət qədər gecikib.
Havanın sərin keçməsi taxıl zəmilərində sünbüllərin də yetişməsini əngəlləyib. Üstəgəl ara-sıra yağış yağır.
Sünbül artıq may ayının sonundan başlayaraq inkişafdan dayanır. Gövdə quruyur.
Hər dəfə yağış yağanda sünbülün dibindəki alaqlar sürətlə inkişaf edir. Bu da taxıl biçini zamanı itkiləri çoxaldır.
İtkilər isə öz növbəsində məhsuldarlığa zərər verir, məhsuldarlığı aşağı salır. Hazırda belə problem var”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekpert Akif Nəsirli söyləyib.
A.Nəsirli əlavə edib ki, amma hələ də tam gücü ilə biçin getmir: “Ona görə də hələ ki, kombayn çatışmazlığı barədə məlumatlar yoxdur.
Hər il ölkəyə kombayn idxal olunur. Builki idxalda ola bilsin ki, imkanlar bir qədər də genişləndirilib.
Tam oxu
Xəbəri oxu