Icma.az, Apasport saytına istinadən bildirir.
Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa DÇ-2026 ilə vidalaşmalarını şərh edib.
Apasport.az xəbər verir ki, argentinalı mütəxəssis İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.
“Dünya çempionatına qatılmağımızın, Amerika Kubokunda üçüncü olmağımızın heç bir dəyəri yoxdur. Uğursuzam”.
Bielsa komandasının qrupdakı çıxışını da məyusedici adlandırıb. O, daha əvvəl Kabo-Verde ilə 2:2 hesablı heç-heçədən sonra iki oyunda itirilən xallara görə əsas məsuliyyətin özündə olduğunu bildirmişdi.
Qeyd edək ki, Uruqvay H qrupunda Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq mundialla vidalaşıb.
Kabo-Verde tarix yazdı - İlk mundialda pley-off! DÇ-2026: Kabo-Verde - Səudiyyə Ərəbistanı - Heyətlər DÇ-2026: Uruqvay - İspaniya - Heyətlər Fransanın rəqibi bəlli oldu - 1/16 finalda İsveçlə qarşılaşacaq Növbəti cüt müəyyənləşdi - Fil Dişi Sahili Norveçlə üz-üzə gələcək