Biennale Sinema Kolleci qəbul elan edir

02.06.2025

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biennale Sinema Kolleci (Biennale College Cinema) – Beynəlxalq layihələrin qəbulunu elan edir.

Kulis.az xəbər verir ki, layihəyə dünyanın hər yerindən olan rejissor və prodüser komandaları müraciət edə bilərlər.

Layihə seminarlar ərzində seçilmiş audiovizual işlərin ideya mərhələsindən etibarən inkişafı, istehsalı, rejissorluğu, marketinqi, auditoriya planı və s. əhatə edəcək.

Qəbul qaydaları:

Müraciət yalnız rejissor və prodüserdən ibarət bir komanda tərəfindən təqdim olunmalıdır

Rejissor: ilk debut və ya ikinci audiovizual işlərini təqdim edən şəxs

Prodüsüer: ən azı 3 audiovizual işi olan (qısa film, veb sənədli film, veb serial, musiqi videosu, reklam və s.) şəxs

Tələb olunan sənədlər:

Sinopsis

Tritment (filmin geniş izahı)

Rejissorun vizual şərhi

Rejissorun əvvəlki işləri (maksimum 2 iş)

Kastinq nümunəsi

Ümumi büdcə (maksimum 200.000 avro)

Rejissor və prodüserin bioqrafiyaları və filmoqrafiyaları

İstehsalçı şirkətin profili

Video-pitch formasında təqdimat

Hədəf auditoriyası planı

Son müraciət tarixi: 3 iyul 2025

Qeyd edək ki, seçim La Biennale di Venezianın Kino Departamentinin Bədii Direktorluğu tərəfindən həyata keçiriləcək. 82-ci Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində keçiriləcək Biennale College Cinema təlimində iştirak üçün doqquz komanda seçiləcək. Bu komandalar oktyabr ayında keçiriləcək 10 günlük inkişaf seminarına dəvət olunacaqlar. Onlara yanvar ayında elan olunmuş BCC-İtalia elanı vasitəsilə seçilmiş üç komanda da qoşulacaq.

Qayınanası ilə sevgili olan rejissor kimdir? - Sevda Sultanova Səmimi Fərhad: "Biz səhv etməmişik, film çəkmişik, məsələni şişirtdilər" - Müsahibə Kukla teatrı beynəlxalq festivalda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью