Bığırda daha bir nəfər ağacdan yıxılıb öldü

14.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Göyçay rayonunun Bığır kəndinda daha bir nəfər bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, 1962-ci il təvəllüdlü kənd sakini Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb.

O, dünən yaşadığı evdə ölüb.

Qeyd edək ki, mayın 11-də də Göyçayın Bığır kəndində oxşar hadisə baş vermişdi. Həmin vaxt 1975-ci il təvəllüdlü Müşfiq Şirinov yaşadığı Bığır kəndində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölmüşdü.

Hər iki faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью