“Bihter”i” ilk gördüyündə dəftərinə bunları yazıb

27.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Məşhur türkiyəli rejissor, ssenarist, prodüser və aktyor Hamdi Alkan Özlem Esra Adanın aparıcısı olduğu "Pembe Masa" proqramında maraqlı açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, Hamdi Alkan illər əvvəl münsiflər heyətində yer aldığı “Türkiyə Ulduzları” yarışmasında Beren Saatı (tamaşaçılar onu daha çox “Bihter” obrazı ilə tanıyırlar) kəşf etmə prosesindən də danışıb.

O bildirib ki, Bereni ilk gördüyü anda böyük ulduz olacağını anlayıb. Alkan “Bereni ilk dəfə Ankarada keçirilən yarışmada görəndə dəftərimə “İşdə Türkiyənin ulduzlarından biri gəldi” deyə qeyd etdim”,- deyib.

 “Bunu hətta dəfələrlə söyləmişəm. İndi onu uğurlu layihələrdə və ekranda görmək məni çox sevindirir”,-deyə o bildirib. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью