Bilal Ərdoğan Azərbaycanda səfərdədir

29.10.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir.

"Report" xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən qəbulda iştirak üçün Bakıya bu gün gəlib.

Gülüstan Sarayında keçirilən rəsmi qəbulda jurnalistlərə açıqlama verən B.Ərdoğan Türkiyə Prezidentinin salamlarını gətirdiyini və bugünkü tədbirdə iştirakdan sonra Türkiyəyə qayıdacağını vurğulayıb.

"Azərbaycana Cümhuriyyət bayramımızla əlaqədar gəlmişəm. Tədbirdən sonra geri qayıdacam. Dostluq və qardaşlığımız əbədi olsun. Burada olmaq çox gözəl hissdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью