Bilal Ərdoğan Rusiyaya sevgisini etiraf edib

22.04.2025

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bilal Ərdoğan Rusiyaya sevgisini etiraf edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etno-idman Konfederasiyasına rəhbərlik edən Bilal Rusiyanı niyə bu qədər sevdiyini açıqlayıb.
"Əlbəttə, Rusiyaya gəlməyi xoşlayıram. Hətta Yakutskda da olmuşam. Həmçinin Moskvada, Sankt-Peterburqda, Kazanda, Soçidə olmuşam. Rusiya inanılmaz təbii müxtəlifliyə və mədəni zənginliyə malik nəhəng ölkədir" - Bilal Ərdoğan deyib.
“TASS” xəbər verir ki, kiçik Ərdoğanın imkan daxilində Rusiyaya səfər etməyə həmişə hazır olmasının başqa bir səbəbi də burada çoxlu türk xalqlarının yaşaması və prezidentin oğlunun həmişə asanlıqla ortaq dil tapmasıdır.
Ümumdünya Etnoidman Konfederasiyasının rəhbəri çoxsaylı etnik qrupların və mədəniyyətlərin bütün rəngarəngliyini özündə cəmləşdirən rus mətbəxinin kulinariya ənənələrini, xüsusən də ona tanış və yaxın türk xalqlarının ənənəvi yeməklərinin müxtəlifliyini qeyd edib.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью