Bilal Qurbanovun dünya gümüşü

13.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü Gənclər arasında Dünya çempionatı və 32-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Tamblinq üzrə 17-21 yaş kateqoriyasının təsnifat mərhələsində təmsilçimiz Bilal Qurbanov 52.400 xal toplayaraq 2-ci pillədən final mərhələsinə yüksəlib. Digər təmsilçimiz Hüseyn Abdullayev isə 48.900 xalla təsnifatı 8-ci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.

Həlledici mərhələdə Bilal Qurbanov 27.000 xal toplayaraq gümüş medalın sahibi olub. Hüseyn Abdullayev isə finalda 25.700 xalla 5-ci yeri tutub.

Qeyd edək ki, 12–15 noyabr tarixlərini əhatə edən yarışlarda batut gimnastikası, tamblinq və ikili mini-batut proqramları üzrə mübarizə aparılır. Nankində keçirilən ümumi yarış proqramına 40-dan çox ölkə və regiondan 2000-dən artıq idmançı, məşqçi və texniki nümayəndə qatılıb.

Qabil YUSİFOĞLU
 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью