BilBacar müsabiqəsində “Yarış” mərhələsi başladı

02.12.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2 dekabr tarixindən etibarən BilBacar müsabiqəsinin dekabr ayı üzrə “Yarış” mərhələsi başlayır.

Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.
Qeyd edək ki, “Yarış” bölməsi bu tədris ili üzrə ümumilikdə 4 dəfə keçiriləcək. “Yarış” mərhələsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşayiəti ilə keçirilir. Yarış mərhələsi 10 gün ərzində davam edir və şagirdlər öz Bilbacar hesablarına daxil olaraq 11 dekabr tarixinədək yarışda iştirak edə bilərlər.

“Yarış” mərhələsi bitdikdən sonra şagirdlər öz nəticələrini respublika, regional təhsil idarəsi və məktəb üzrə görə bilər.

Qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью