Bilbao Ateltik i tarixində rekord gəlir əldə edib

28.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Bilbao "Atletik"i 2025/26-cı mövsüm üçün maliyyə hesabatını dərc edib. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bask təmsilçisi ötən mövsümü 192,9 milyon avro gəlirlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 20,4 milyon avro artım deməkdir.

Bu, oyunçu satışından əldə olunan gəlirlər nəzərə alınmadan, klubun tarixindəki ən yüksək gəlir göstəricisidir.

EBITDA (faiz, vergi, amortizasiya və köhnəlmə xərcləri çıxılmazdan əvvəlki mənfəət) 2024/25-ci mövsümlə müqayisədə iki dəfə artaraq 38,1 milyon avroya çatıb, klubun xalis mənfəəti isə üç dəfə artaraq 20,6 milyon avro təşkil edib.

Ötən mövsüm reklam və sponsorluq gəlirləri 23 faiz artaraq 12 milyon avroya yüksəlib. İdman fəaliyyətindən əldə olunan ümumi gəlir 153,6 milyon avro təşkil edib ki, bu da 2024/25-ci mövsümlə müqayisədə 16 faizlik artım deməkdir.

İdman yarışlarından əldə olunan gəlirlər 19 faiz artaraq 59,7 milyon avroya çatıb. Buna komandanın Çempionlar Liqasında iştirakı və "San Mames" stadionunun istismarından əldə edilən gəlirlərin artması səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью