“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

13.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 sentyabr, AZƏRTAC

Almaniyada şirin su ehtiyatları sürətlə tükənir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti Helmholtz Geologiya Elmləri Mərkəzinin məlumatlarına istinadla bildirib.

Qeyd olunub ki, bu ilin iyun ayında ölkədə şirin su çatışmazlığı 25 milyard tona çatıb.

Alimlər yağıntıların miqdarı normal səviyyəni aşsa belə, ilin sonuna qədər su ehtiyatlarının bərpa olunmayacağından qorxurlar. Bunun əsas səbəblərdən biri isə temperaturun yüksəlməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью