Bild: “Rza Pəhləvi Münhen konfransına dəvət alıb”

04.02.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, ölkənin polis əməkdaşlarına istinad edən Almaniyanın “Bild” nəşri belə məlumat yayıb.
“Əldə olan məlumata görə, şahzadənin nümayişlərdə də çıxış edəcəyini gözləyirik. Qlobal ictimaiyyətin diqqəti gələn həftəsonu tamamilə Münhenə yönələcək”, - qəzet yazır.
Rza Pəhləvi bundan əvvəl fevralın 14-nü “Aslan və Günəş” simvolu altında İran xalqının qiyamı ilə qlobal aksiya və həmrəylik günü elan edərək, xaricdəki - xüsusilə Münhen, Los-Anceles və Torontoda yaşayan iranlıları küçələrə çıxmağa və İran xalqına təcili beynəlxalq dəstək tələb etməyə çağırmışdı.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью