Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Binəqədi rayonu, Biləcəri dairəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 12-də saat 10:30 radələrində qeydə alınıb.
Belə ki, “Renault” markalı avtomobil dairəyə daxil olarkən "BakuBus" MMC-yə məxsus 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub. İlkin məlumata əsasən, avtomobilin sürücüsü avtobusun kor nöqtəsinə düşüb.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qəzadan sonra ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Nərmin
bax.tvhttps://bax.tv/embed/228761.html