Biləcəri sakinləri 83 nömrəli avtobusdan şikayətçidir

03.11.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biləcəri sakinləri qəsəbədən Təbriz küçəsi istiqamətində hərəkət edən 83 nömrəli avtobusdan şikayətçidirlər. 

Gununsesi.info-ya müraciət edən sakinlər bildirirlər ki, Biləcəri qəsəbəsinə gedən 83 nömrəli avtobuslar gec-gec gəlir.

Onların sözlərinə görə, bəzən avtobusu dayanacaqda bir saata yaxın gözləməli olurlar. Bu isə işə və digər ünvanlara vaxtında çatmalarına mane olur.

Sakinlər avtobusların hərəkət intervalının azaldılmasını və marşrut xəttində avtobusların sayının artırılmasını istəyirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərdik.

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir:

“Lakin marşrut xəttinin hərəkət etdiyi küçə və prospektlərdə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir.

Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, daşıyıcı tərəfindən 83 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusların yenilənməsi nəzərdə tutulub”.

Şəbnəm Rəhimova
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью