Biləcəri yolunda zəncirvari qəza: Avtomobillərdən biri ağaclara çırpılıb

15.11.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Biləcəri yolunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Şamlıq adlanan ərazisində qeydə alınıb.

"Mercedes", "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

///oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью