Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Biləcəri yolunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə yolun Şamlıq adlanan ərazisində qeydə alınıb.
"Mercedes", "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb.
Qəza nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media