Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir VİDEO

26.11.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yolun qazılmış hissəsinin asfaltlanmaması sürücülər üçün problem yaradır.

Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri vəziyyəti videoya çəkərək sosial şəbəkədə paylaşıb. Şikayətçi bildirib ki, DSK yolu kimi tanınan 10 May küçəsində yolun bir hissəsi qazılıb, lakin indiyədək asfalt örtüyü bərpa olunmayıb. Nəticədə sürücülər həmin hissədən ehtiyatla keçməyə məcbur qalır, bu isə yolda süni tıxaca səbəb olur.

Onun sözlərinə görə, sıxlıq təkcə pik saatlarda deyil, günün demək olar ki, istənilən vaxtında müşahidə olunur.

Şikayətçi əlavə edib ki, yolun həmin hissəsi yay aylarından etibarən bu vəziyyətdədir. Lakin indiyədək aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində tədbir görülməyib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229282.html

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью