Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində kobud qayda pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 10-ZT-837 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola keçib və axına qarşı hərəkət edib.
Nəticədə o, əks istiqamətdən gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.
Nərmin
Oxunub 62