Biləcəridə faciəvi qəza: “VAZ”ın damı qopdu, gənc sürücü öldü VİDEO

30.07.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 29-da axşam saatlarında Xurşidbanu Natəvan küçəsində, Biləcəri İstirahət Mərkəzinin qarşısında qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ-2107” markalı avtomobil qəzaya uğrayaraq yararsız vəziyyətə düşüb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью