Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 22-də günorta saatlarında Əhməd Qasımov küçəsində baş verib. Hərəkətdə olan 56-BH-582 dövlət nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobili 92 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JS-624 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusla toqquşub.
İlkin məlumata əsasən, hadisəyə manevr qaydalarının pozulması səbəb olub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi zədələnib, xəsarət alan olmayıb.
Nərmin