Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı REAL VİDEO

22.01.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində sürücü qəza törədərək hadisə yerini tərk edib.

Avtosfer.az-a zərərçəkmiş tərəfindən göndərilən videomaterialda bildirilib ki, hadisə yanvarın 17-də saat 18:00 radələrində Teymur Yaqubov küçəsində qeydə alınıb.

Belə ki, 99-GL-982 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü geriyə hərəkət edərkən 77-NY-254 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilə çırpılıb.

Görüntülərdən aydın olur ki, sürücü qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Şikayətçinin iddiasına görə, qəza baş verməzdən əvvəl həmin sürücü onu ötərək xoşagəlməz davranışlar nümayiş etdirib, daha sonra isə onun önənə keçərək avtomobili arxa-arxaya sürüb.

Zərərçəkmiş xanım bildirib ki, hadisə zamanı avtomobildə iki azyaşlı övladı olub və qəza uşaqlarda ciddi qorxu yaradıb.

Nərmin

Oxunub 0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью