Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qayda pozan sürücü təhlükəli vəziyyətə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 18-də saat 15:14 radələrində qeydə alınıb. Kadrlarda 99-MC-686 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsünün təhlükəli ötmə manevri etdiyi görünür. Belə ki, o, öndə hərəkət edən nəqliyyat vasitəsini ötmək məqsədilə əks yola çıxıb. Nəticədə sürücü həm qarşıdan gələn avtomobil, həm də görüntünü qeydə alan nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.
Hadisə bir daha göstərir ki, bir anlıq tələskənlik və qaydaların nəzərə alınmaması ağır nəticələrə yol aça bilər. Sürücülərin yol hərəkəti zamanı daha diqqətli olmaları, xüsusilə ötmə manevrlərini yalnız təhlükəsiz şəraitdə etmələri vacibdir. Qaydaların pozulması təkcə cərimə ilə deyil, bəzən geri dönüşü olmayan hadisələrlə də nəticələnə bilər.
Nərmin