Biləcəridə yağışdan sonra bərbad vəziyyətə düşən məhəllə yolu

27.01.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yağışdan sonra yolların vəziyyəti yenidən gündəmə gəlib.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, Biləcəridə "15-ci küçə" adlanan ərazidə (DSK yolu) yağış suları yollarda toplanaraq hərəkəti çətinləşdirir.

Yağıntıdan sonra yol səthində dərin çalalar yaranır və ərazi palçıqlı, keçilməz vəziyyətə düşür. Xüsusilə piyadalar üçün hərəkət acınacaqlı hala düşür.

Qeyd edək ki, problem illərdir davam edir, lakin yolun əsaslı təmiri ilə bağlı effektiv tədbir görülmür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью