Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə yanğın səbəbindən "Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətin aradan qaldırıldığını açıqlayıb.