Biləcəridə yerdən su qaynayır

30.07.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biləcəri qəsəbəsi ərazisində naməlum qazıntı işləri aparıldıqdan sonra yerdən su çıxır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, hadisə qəsəbənin Asəf Zeynallı küçəsində qeydə alınıb.

"Bura poliklinikanın həyətidir. Ərazini bir il olar ki qazıb töküblər. Nə baş veribsə indi bu yerdən su çıxır. Yaxın zamanda bura gölməçə də olar", - deyə şikayətçi vurğulayıb. 

Sözügedən kadrları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью