Biləcəridə yol çökdü AAYDA dan açıqlama VİDEO

14.07.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biləcəridə yolun bir hissəsi çöküb.
Bizim.Media xəbər verir ki, çökmə Biləcəri İstirahət Mərkəzinin qarşısındakı yolda qeydə alınıb.
Çökmə sözügedən yolda nəqliyyat vasitələrini idarə edən sürücülərin hərəkətini çətinləşdirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli oxu.az-a açıqlamasında bildirib ki, qeydə alınan məsələ ilə bağlı məlumatlıdır:
"Məsələ ilə bağlı artıq aidiyyəti üzrə məlumat verilib, problem bu gün ərzində aradan qaldırılacaq".

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью