Icma.az, Baku.ws saytına istinadən bildirir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əzizə Cəfərzadə küçəsi, döngə 1 ünvanında yaşayan sakinlər uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər.
Sakinlər Baku TV-yə açıqlamalarında qeyd ediblər ki, yollar yararsız vəziyyətdədir. Onlar dəfələrlə öz imkanları hesabına yola çınqıl tökərək vəziyyəti düzəltməyə çalışsalar da, qısa müddət sonra yol yenidən əvvəlki halına qayıdır.
"Gediş-gəliş mümkün deyil, batırıq", "Evlərin əksəriyyətində baxil var. İnsanlar ayaqlarının palçıq olmaması üçün ondan istifadə edirlər", - deyə sakinlər narazılıqlarını ifadə ediblər.