Biləcəridə yollar bərbaddır; çuxurlar maşınlara ziyan vurur VİDEO

14.05.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtın Biləcəri qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, qəsəbənin Xudatbəy Məlikaslanov küçəsinin yolları acınacaqlı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, küçənin müxtəlif hissələrində yol örtüyü deformasiyaya uğrayıb, iri çalalar və kələ-kötür sahələr yaranıb. Xüsusilə kanalizasiya quyularının ətrafında vəziyyətin daha acınacaqlı olduğu bildirilir. Yol səthində çökmələrin olması həm sürücülər, həm də piyadalar üçün ciddi çətinlik yaradır.

Qeyd olunur ki, yağışlı havalarda çalalara su dolduğundan hərəkət daha da çətinləşir, nəqliyyat vasitələrinin texniki vəziyyətinə ziyan dəyir. Sürücülər bildirirlər ki, küçədə avtomobillərin hərəkəti zamanı sürəti minimuma endirməyə məcbur qalırlar.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью