Biləcəridəki bu yol ucqar dağ kəndini xatırladır

07.10.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Biləcəri Yeni Yaşayış massivində yolun təmir işləri yarımçıq qalıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, ərazidə yolda çökmə baş verdikdən sonra təmir işlərinə başlanılıb. Onlara yolun təmir ediləcəyi deyilsə də, indiyədək problem aradan qaldırılmayıb.

"Üç ay əvvəl yolda çökmə olmuşdu. Bildirdilər ki, təmir ediləcək. Amma hələ də heç bir tədbir görülməyib. Yağış yağanda yol daha da pis vəziyyətə düşür", - deyə sakin qeyd edib.

Sözügedən ərazidən videonu təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью