Icma.az bildirir, News24 portalına istinadən.
Sentyabrın 6-da Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yük maşınının körpüdən aşması nəticəsində həlak olan şəxslər Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd sakinləri imiş.
News24.az-ın əldə etdiyi məlumata görə, faciə qurbanları Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd sakinləri – 1978-ci il təvəllüdlü Yusif İbrahimov və 1982-ci il təvəllüdlü Abdulla Hacıyev olub. Onlar Bakıda yaşayaraq biznes fəaliyyəti ilə məşğul olublar.
Yusif İbrahimov Qala kənd qəbiristanlığında, Abdulla Hacıyev isə Buzovna qəbiristanlığında dəfn olunub.
Yaşar Araz
