“Biləcəridən gəlib çatana qədər bəzən dərman qurtarır...” Video

03.07.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“25 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Biləcəri qəsəbəsində 15 saylı poliklinikada qeydiyyatdayam. Qəsəbədə 2500-ə yaxın şəkər xəstəsi var. Çox sağ olsun dövlətimiz, bizə təmənnasız dərman ayrılır. Amma bu dərmanları almaq problem olur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov ARB TV-də yayımlanan “Günə bax” proqramına açıqlamasında deyib.

O, TƏBİB-ə müraciət edərək dövlət tərəfindən ayrılan dərmanları almaqda çətinlik çəkdiyini bildirib: “Bizim poliklinikanın özündə imtiyazlı aptek yaradılmışdı, xəstələr gəlib dərman alıb gedirdilər. İndi isə bilmirəm nə səbəbdən o apteki ləğv etdilər, apardılar 9-cu mikrorayon tərəfə. Neçə min diabet xəstəsi dərmanı oradan alır. O qədər növbə olur ki, almaq qeyri-mümkündür. Əsa ilə gəzənlər var, Biləcəridən avtobusa minib gəlib çatana qədər, növbəyə dayanana qədər bəzən gəlib görürlər ki, dərman yoxdur. Əgər adi aptekdən alsam, 4 dərmanım 80 manat edir. Elə vaxt olur ki, əlimdə resept, görürəm mümkün deyil, gedib pul verib alıram. TƏBİB-dən xahişim budur ki, bunları nəzərə alıb yenidən Biləcəridə imtiyazlı aptek yaratsınlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью