Bilərəkdən maşınla adam vurdu: saxlanılanlar var

27.05.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bakının Xətai rayonunda yayılan görüntülərlə bağlı cinayət işi başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Report"a açıqlamasında deyib.

O bildirib ki, hadisə mayın 20-də qeydə alınıb:

“İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hunday” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью