Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Sürücünün yolda etdiyi təhlükəli manevr avtomobildəki kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Masazır dairəsi yaxınlığında qeydə alınıb.
Belə ki, 90-PQ-520 dövlət qeydiyyat nişanlı “Dongfeng” markalı avtomobilin sürücüsü görüntünü qeydə alan maşını sıxışdıraraq onun hərəkət zolağına keçib.
Videodan görünür ki, sürücü bu manevri bilərəkdən edib. Görüntünü redaksiyamıza göndərən sürücünün sözlərinə görə, o, qarşı tərəfə iradını bildirdikdə “Dongfeng”in sürücüsü “Sən məni sıxışdırırsan” deyərək öz hərəkətinə haqq qazandırmağa çalışıb.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/228088.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler