“Biləsən, şair” London sərgisində

26.01.2026

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

Rəssam Ülviyyə İman Londonda keçirilən sərgidə iştirak edib.

OLAY yazır ki, sənətçi Gazelli Art House-da keçirilən sərgidə əsərlərini nümayiş etdirib. Onun yaratdığı 4 əsər - “The End (Meyxana)”, “Aşurə” və 2 avtoportret təqdim olunsa da, ən çox diqqət çəkən meyxanaçılar haqda olan rəsm əsəri olub.

Belə ki, rəsmdə 2017-ci ildə yayımlanan “Biləsən, şair” adlı deyişmə meyxana videosu əks olunub. Şəkildə mərhum meyxanaçılar Aydın Xırdalanlı, Vüqar Biləcəri, həmçinin, Rəşad Dağlı, Balaəli, Xudabaxış və Mirfərid yer alıb.

Jurnalist Orxan Məmmədli bu video barədə maraqlı informasiya verib:

“9 il əvvəl - 2017-ci ildə gerçək həyat epizodu olan bu rəsmin xatıratında 90-lara gedib çıxmaq olar.

Bilmirdim, yaxınlarda istedadlı həmkarımız Sərdar Amin dedi ki, “Biləsən, şair” adlı bu məşhur qafiyə mərhum Nizami Rəmzinin  “Biləsən, Vahid” adlı siyasi kataklizmlərə, sosial çətinliyə həsr etdiyi  musiqili meyxanasına nəzirədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью