Bizim media saytına istinadən Icma.az xəbər verir. Bu il Biləsuvar rayonunda pomidorun böyük hissəsinin sahələrdə qalaraq çürüməsi fermerlər
Əsas səbəblər isə əlverişsiz hava şəraiti və xəstəliklərin geniş yayılması olub.Rayonda təxminən 670 hektar ərazidə becərilən pomidor sahələ
MÖVZU İLƏ BAĞLI:Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
– AÇIQLAMA Fermerlərin zərəri əsasən məhsulun yığıldığı dövrdə dərmanların effektivliyinin aşağı olması ilə bağlıdır.
Əkin sahələrinin müntəzəm monitorinqini aparan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektoru yayılmış xəstəliklərə qarşı profilaktik tədbirlər və mübarizə üsulları təklif etsə də, yağıntılar və nəmişlik şəraitində göbələk xəstəlikləri sürətlə yayılaraq məhsulun çürüməsinə səbəb olub.Qeyd edək ki, Rayonda yetişdirilən pomidor məhsulu əsasən Ağalıkənd, Səmədabad, Ağayrı və Günəşli kəndlərinin təcrübəli fermerləri tərəfindən təmin edilir.
Bu mövsüm sahələrdən 38 min ton məhsul tədarük edilsə də, bu məhsulun 70 faizi paytaxt və bölgə bazarlarına çıxarıla bilib.Lakin məhsuldarlıq hədəflərinə tam çatmaq mümkün olmayıb.
Bu vəziyyət, aqrar sahədə zəruri tədbirlərin görülməsinə, xüsusilə də istifadə edilən aqrokimyəvi vasitələrin keyfiyyətinə daha çox diqqət ayrılmasının vacibliyini göstərir...
Sabutay, Bizim Media, Cənub bürosu Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.