Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Biləsuvar rayon sakini Tanırverdiyeva Arzu Oruc qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi iddia edir ki, yoldaşı Tanırverdiyev Bəhruz 1-ci qrup əlil olsa da, 2-ci qrup əlil kimi qeydiyyata alınıb: “Mən, Tanırverdiyeva Arzu Oruc qızı, yazaraq bildirirəm ki, ailəliyəm, bir qız övladım var.
Sumqayıtda qaçqınların məskunlaşdığı binada yaşayırıq. Həyat yoldaşım Tanırverdiyev Bəhruz 1-ci qrup əlil olsa da, ona 2-ci qrup əlillik ver
Bildirim ki, qızım 1-ci kurs tələbəsidi. “Azərbaycan” Universitetində Sosial iş üzrə təhsil alır. Hər il 3 min manat təhsil haqqı ödəyirik.
Maddi durumumuz çox ağırdır. Odur ki, təhsil almasına baxmayaraq, qızım həm də işləmək məcburiyyətindədir.
Belə bir vəziyyətdə həyat yoldaşıma 2-ci qrup əlillik verilməsi qanunsuzluqdur və aidiyyəti qurumlardan xahiş edirik ki, bu işdə bizə kömək etsinlər”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla danışdıq.