Biləsuvar sakini güllə yarasından öldü

18.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1990–cı il təvəllüdlü  Mətləb Nəhmədov yaşadığı evdə aldığı güllə yarasından ölüb.

İlkin məlumata görə, onun ölümünə səbəb ov tüfəngindən ehtiyatsız davranması olub.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью